Uzunməsafəli aviareyslər həm fiziki, həm də emosional baxımdan sərnişinlər üçün stresli olur. Lakin düzgün hazırlıq bu çətinliyi azalda bilər.
HİT.az xəbər verir ki, Keçmiş stüardessa Tiffani Houk “Business Insider” üçün bloqunda sərnişinlərin uzun uçuş təcrübəsini korlayan 11 əsas səhvi sadalayıb.
Onun sözlərinə görə, bir çox insan bu səhvləri bilərəkdən və ya bilmədən təkrarlayır və nəticədə komfort ciddi şəkildə azalır.
Bununla belə, o vurğulayır ki, bu problemlərin qarşısını almaq mümkündür.
1. Təyyarədə ayaqyalın gəzmək
Stüardessa bildirir ki, təyyarə döşəmələri tez-tez dərin təmizlənmir. Buna görə də ayaqyalın gəzmək gigiyenik deyil. O, sərnişinlərə ev terlikləri gətirməyi tövsiyə edir.
2. Boyun yastığını yoxlamamaq
Uçuşdan əvvəl boyun yastığının rahat olub-olmadığını yoxlamaq vacibdir, əks halda uçuş zamanı narahatlıq yarana bilər.
3. Yuxu dərmanlarını sınaqdan keçirmək
Güclü yuxu dərmanları təcili vəziyyətlərdə sərnişinin tez reaksiya verməsini çətinləşdirə bilər. Buna görə ehtiyatla istifadə olunmalıdır.
4. Uçuş boyu yalnız ekranlara baxmaq
Film və oyunlara fasiləsiz baxmaq vaxt fərqinə uyğunlaşmanı çətinləşdirə və yuxu rejimini poza bilər. Alternativ fəaliyyətlər tövsiyə olunur.
5. Kifayət qədər su içməmək
Təyyarə havası qurudur və susuzlaşma yarada bilər. Buna görə su qəbulunu azaltmaq əvəzinə artırmaq lazımdır. Öz boş butulkanızı doldurmaq məsləhətdir.
6. Qat-qat geyinməmək
Kabində temperatur dəyişkən olur. Buna görə qat-qat geyim daha rahatdır.
7. Cihazları vaxtında doldurmamaq
Hər təyyarədə şarj imkanı olmur. Buna görə telefon və planşetlər əvvəlcədən tam doldurulmalıdır, həmçinin məzmun əvvəlcədən yüklənməlidir.
8. Yalnız bort əyləncə sisteminə güvənmək
Ekranlar işləməyə bilər. Öz kitab və ya kontent ehtiyatda olmalıdır.
9. Həddindən artıq spirtli içki qəbul etmək
Təyyarədə alkoqol daha güclü təsir edir və susuzluğu artırır. Bu həm davranış, həm də jet-lag baxımından problemlər yarada bilər.
10. Kiçik əşyaları unutmaq
Qulaq tıxacları, göz maskası, krem və diş gigiyena vasitələri uçuş komfortunu artırır.
11. Qazlı içkilər içmək
Aşağı təzyiq səbəbilə qazlı içkilər şişkinliyi artırır və narahatlıq yarada bilər.
Samir


