Bu gün tarixin vərəqlərində 10 iyundayıq.
Hit.az bildirir ki, bu gün ölkəmizdə və dünyada bir sıra mühüm hadisələr yaşanıb.
Həmçinin, bəzi görkəmli şəxslərin doğum, bəzilərinin də vəfat tarixi 10 iyuna təsadüf edir. Onu da qeyd edək ki, 10 iyun İtaliyada Hərbi Donanma Günü, Portuqaliya isə Portuqaliya Günüdür. Beləliklə, tarixin 10 iyununa nəzər salırıq...
10 iyunda baş verənlər:
1934-cü ildə İtaliya milli futbol komandası FİFA Dünya Kubokunu qazanıb. 1940-cı ildə İkinci Dünya müharibəsi zamanı İtaliya, Fransa Böyük Britaniyaya, Kanada isə İtaliyaya müharibə elan edib. Həmin tarixdə Norveç Almaniyaya təslim olub.
1946-cı ildə İtaliyada krallıq rejimi ləğv edilib və ölkə yenidən respublika elan olunub. 1967-cı ildə 6 günlük müharibə bitib. Nəticədə, İsrail və Suriya atəşkəs barədə razılığa gəliblər. 1999-cu ildə NATO-nun Yuqoslaviyaya qarşı müharibəsi bitib. 2005-ci ildə “Neftçi” Azərbaycan Premyer Liqasında çempion olub.
10 iyunda doğulanlar:
1904-cü ildə ədəbiyyatşünas, professor Məmməd Arif, 1960-cı ildə aparıcı Nərgiz Cəlilova, 1880-cı ildə fransız rəssam Andre Deren, 1913-cü ildə rus bəstəkar Tixon Xrennikov, 1915-ci ildə amerikalı yazıçı Sol Bellou, 1922-ci ildə amerikalı aktrisa Cudi Qarlend, 1928-ci ildə alman musiqişünas Karl Dalhauz, 1929-cu ildə rus müğənni Lüdmila Zıkina, 1949-cu ildə türk aşıq Ozan Arif, 1959-cu ildə italiyalı baş məşqçi Karlo Ançelotti, 1983-cü ildə rus müğənni MakSim və 2007-ci ildə ispan müğənni Melani Qarsiya doğulub.
10 iyunda vəfat edənlər:
1983-cü ildə Xalq artisti, bəstəkar Səid Rüstəmov, 2008-ci ildə şair Həkim Qəni, 2011-ci ildə Əməkdar jurnalist Aqşin Kazımzadə və 2020-ci ildə dramaturq Aqşin Babayev vəfat edib.
Həmçinin, 1580-cı ildə portuqaliyalı şair Luiş di Kamoeş, 1926-cı ildə ispan memar Antonio Qaudi, 1981-ci ildə tatar şair Həsən Tufan, 2000-ci ildə Suriyanın 17-ci prezidenti Hafiz Əsəd, 2004-cü ildə amerikalı müğənni Rey Çarlz və 2008-ci ildə qırğızıstanlı yazıçı Çingiz Aytmatov dünyasını dəyişib.
Pərviz

