Tarixin 6 oktyabrı...

MARAQLI
10:04 / 06.10.2026
192

Bu gün tarixin vərəqlərində 6 oktyabrdayıq.

Hit.az xəbər verir ki, bu gün sıra mühüm hadisələrlə tarixə düşüb.

6 oktyabr bəzi görkəmli şəxsin doğum və ya vəfat günü kimi də xatırlanır. Beləliklə, tarixin 6 oktyabrına nəzər salırıq.

6 oktyabrda baş verənlər:
1975-ci ildə Bakıda xalq şairi Səməd Vurğunun Ev Muzeyinin açılışı olub. Həmçinin, 1889-cu ildə Tomas Edison ilk hərəkətli film nümayişini keçirib. 1908-ci ildə Avstriya-Macarıstanın Bosniya və Herseqovinanı rəsmən ilhaq etməsi ilə Bosniya böhranı başlayıb. 1927-ci ildə ABŞ-də ilk tammetrajlı səsli film olan “Caz Müğənnisi”nin premyerası keçirilib. 1939-cu ildə son müqavimət göstərən Polşa qoşunlarının təslim olması ilə Nasist Almaniyasının Polşaya hücumu başa çatıb. 1979-cu ildə II İohann Pavel Ağ Evi ziyarət edən ilk Papa olub.

6 oktyabrda doğulanlar:
1966-cı ildə Əməkdar artist, müğənni, aktrisa Almaz Ələsgərova dünyaya gəlib.

Xaricdə isə 1887-ci ildə fransız və isveçrəli memar Le Korbuzye, 1908-ci ildə amerikalı aktrisa Kerol Lombard, 1914-cü ildə norveçli səyyah Tur Heyerdal, 1930-cu ildə Suriyanın 17-ci prezidenti Hafiz Əsəd, 1946-cı ildə rusiyalı aktrisa Yekaterina Qradova, 1963-cü ildə amerikalı aktrisa Elizabet Şu, 1981-ci ildə gürcüstanlı futbolçu Zurab Xizanişvili və 1997-ci ildə fransız futbolçu Teo Hernandez doğulub.

6 oktyabrda vəfat edənlər:
1553-cü ildə Osmanlı şahzadəsi Şahzadə Mustafa, 1644-cü ildə İspaniya və Portuqaliya kraliçası Fransalı Elizabet, 1892-ci ildə ingilis şair Alfred Tennison, 1953-cü ildə sovet heykəltəraşı Vera Muxina, 1981-ci ildə Misirin 3-cü prezidenti Ənvər Sadat, 1989-cu ildə amerikalı aktrisa Bett Deyvis, 1991-ci ildə sovet rok müğənnisi İqor Talkov, 1998-ci ildə rusiyalı aktyor Rolan Bıkov dünyasını dəyişib.

Pərviz

0