Hansı seriallar final etdi? - SİYAHI

MARAQLI
10:46 / 06.10.2026
215

Türkiyədə yeni mövsümün başlamasının üzərindən çox qısa müddət keçməsinə rəğmən, artıq bəzi serialların ekran macərası başa çatıb.

Hit.az xəbər verir ki, bir çox serial barədə final qərarı verilib.

Bəs onlar hansılardır?

“Aşk ve Taht”
Yeni sezonun ən iddialı serialları arasında göstərilən “Aşk ve Taht” gözləntilərin çox gerisində qaldı. “ATV”-də yayımlanan ekran işi Anadolu Səlcuqlu Dövlətindən bəhs edirdi, baş rolunda isə məşhur aktyor Akın Akınözü çəkilirdi. Lakin layihə cəmi 5 bölüm davam etdi.

“A.B.İ.”
“A.B.İ.” isə keçən mövsümün ən reytinqli seriallarından biri idi. Ancaq əvvəlcə baş rol Afra Saraçoğlunun, sonra isə rejissorun, ssenaristin və hekayənin dəyişməsi ekran işinə mənfi təsir göstərdi. Hətta Kənan İmirzalioğlu və Bergüzar Korelin illər sonra bir araya gəlməsi də sürətlə azalan reytinqləri yüksəltmədi. Nəticədə, yeni sezonda cəmi 5 bölüm davam edə bilən bu serial barədə də final qərarı verildi.

“Çirkin”
“Çirkin” də ötən mövsümə yaxşı başlayan, amma yeni mövsümdə izlənməyən ekran işlərindən oldu. Baş rollarından Çağlar Ertuğrul və Dərya Pınar Akın çəkildiyi layihənin ikinci sezonuna maraq olmadı. Bu səbəbdən “Çirkin” də 11-ci bölümdə bitirlmək məcburiyyətində qaldı.

Pərviz Şimşək

0