"Azərişıq"da yüksək vəzifəyə TƏYİNAT

ÖLKƏ
11:31 / 17.08.2020
1129

“Azərişıq” ASC-nin Tovuz Rayon Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Zaur Şirəliyev vəzifəsindən azad edilərək Nərimanov RETSİ-nin rəisi təyin olunub.

HİT.Az Report-a istinadən xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin sədri Vüqar Əhmədov əmr imzalayıb.

Onun digər əmrinə əsasən, Tovuz RETSİ-yə rəhbərlik Anar Məmmədova həvalə edilib.

0