Gərək payıza hazır olaq - Qripəbənzər viruslar fəallaşır  (VİDEO)

20:32 / 01.09.2020
611

Payız-qış mövsümü həmçinin digər xəstəliklərin fəallaşdığı dövrdür. COVID-19-la birlikdə bu xəstəliklər insan orqanizimi üçün ciddi təhlükədir. Buna görə də hazırkı dövrdə ən başçıca vəzifə koronavirusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir. Ekspertlər diqqətli olmağı tövsiyə edirlər.

Koronavirus pandemiyası ilə mübarizə bir qədər yumşaldılmalarla davam edir. Lakin yayın sona yaxınlaşması ilə insanlar daha diqqətli olmalıdırlar. çünki payız-qış aylarında dəyişkən hava şəriti yoluxmanın artmasına səbəb ola bilər. Ekspertlər immuniteti gücləndirməyin yollarından bəhs edirlər:

Havalar da mühüm rol oynayır. Çünki xüsusilə bu aylarda səhər isti olan hava günortadan sonra soyuyur. Bu əslində hər il təkrarlanan haldır amma indi immuniteti həm də virusa yoluxmaqdan qorunmaq üçün buna ikiqat diqqət yetirmək lazımdır.

Pandemiya ilə əlaqədar hələlik bəzi məhdudiyyətlərin saxlanması heç də digər sahələr üzrə yumşaldıcı qərarların qəbulunu istisna etməməlidir. Muzey və sərgi salonları təkcə ölkəmizə gələn turistlər üçün deyil, həm də mədəniyyət və incəsənət nümunələri, tariximiz və s. ilə tanış olmaq üçün hər bir vətəndaş, xüsusilə gənclərimiz üçün böyük əhəmiyyətə malikdir. Bəs muzeylərdə və sərgi salonlarında qadağalara necə əməl olunmalıdır?

Qeyd edək ki, təhsil müssisəsələrinin bir neçə həftə sonra açılması muzey və sərgi salonlarına gələnlərin sayının artmasına da müsbət təsir göstərəcək. Ona görə də qaydaların qorunması hamımız üçün vacibdir.

0