Vəlvələçayın yatağındakı karxana ilə bağlı araşdırma aparılır - RƏSMİ

ÖLKƏ
14:58 / 10.09.2020
626

Quba rayonunda yerləşən bütün karxanaların, eyni zamanda Vəlvələçayın yatağındakı qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı artıq bir neçə vaxtdır Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən araşdırma və monitorinqlər aparılır.

Agentliyin İdarə Heyətinin sədri Samir Qurbanov Unikal.org-a bildirib ki, sosial şəbəkələrdə yayılan Vəlvələçayın yatağındakı qum-çınqıl karxanasında aparılan araşdırmanın nəticələri mütəxəssislər tərəfindən qiymətləndirilir və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

0