Bu gün Şəhid Müşfiq Orucovun doğum günüdür

ÖLKƏ
20:56 / 18.09.2020
659

Bu gün 2016-cı ilin Aprel döyüşlərində şəhid olan əsgərimiz Müşfiq Orucovun doğum günüdür.

Müşfiq Orucov 18 sentyabr 1994-cü ildə Bakıda anadan olub. Ailəsi Zəngilan rayonundan məcburi köçkündür. 7 saylı Zəngilan orta məktəbini bitirən Müşfiq yüksək bal toplayaraq Azərbaycan Texniki Universitetinə qəbul olub.



2015-ci ilin iyul ayında hərbi xidmətə yola düşən Müşfiq Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Aprelin 5-də şəhid əsgərimiz böyük izdihamla Bakıda Dədə Qorqud qəbristanlığında dəfn edilib.



Şəhid Müşfiq Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.







 

0
Azvision.az