Füzulinin azad edilməsi uğrunda döyüşlər gedir - Rəsmi açıqlama

09:34 / 29.09.2020
1444

Sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir.

Müdafiə Nazirliyindən HİT.Az-a verilən məlumata görə, səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib.

Hazırda döyüşlər davam edir.


0