Azərbaycanda bu günədək koronavirusa yoluxan şagirdlərin sayı açıqlandı

20:25 / 30.09.2020
668

İndiyədək 310 şagird koronavirusa yoluxub, bu şagirdlərdən biri məktəbdə, qalanları ev daxilində yoluxub.

Bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, indiyədək məktəb daxilində şagirdlər arasında kütləvi yoluxma halı baş verməyib: " Amma müəllimlər araslnda Qubanın Qanqan kəndində Sumqayıtdan gələn bir müəllim digər müəllimlərə yoluxdurub".

E.Əmrullayev qeyd edib ki, sentyabrın 15-dən qismən tədrisin bərpasına başlanılıb. 5-11-ci sinif şagirdləri onlayn dərslərə qoşulublar.

Nazir qeyd edib ki, 700-dən artıq könüllü məktəbdəki proseslərin icrasına qoşulub, uşaqların hərarəti ölçülür.

0