Ermənilər hərbi texnikalarını qoyub qaçdılar - FOTOLAR

ÖLKƏ
12:53 / 02.10.2020
6399

Hərbçilərimizin uğurlu əməliyyatı nəticəsində düşmənin daha bir neçə hərbi texnikası hərbi qənimət kimi ələ keçirilib. 

HİT.Az "Report"istinadən xəbər verir ki, Azərbaycan Ordusu qarşısından geri çəkilən düşmən ordusu texnikaları ataraq qaçır. 

Hərbçilərimiz uğurlu əməliyyat nəticəsində düşmənin ondan çox hərbi maşınını qənimət olaraq ələ keçirib.

Avtomobillərin içərisində erməni əsgərlərinə məxsus əsgər geyimləri, əsgər ləvazımatları, rabitə və digər mühüm hərbi vasitələr aşkar edilib. 

Hərbi texnikaların demək olar ki, hamısı işlək vəziyyətdədir. 

Qeyd edək ki, daha əvvəl düşmənin bir neçə hərbi maşını da qənimət olaraq ələ keçirilmişdi. 

4