Vətən Müharibəsində şəhid olan daha bir müəllim - FOTO

ÖLKƏ
13:48 / 27.11.2020
980

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan daha bir müəllimin adı açıqlanıb.

Təhsil Nazirliyindən HİT.Az-a verilən məlumata görə, Cəlilabad rayon Fərzili kənd ümumi orta məktəbinin kimya-biologiya müəllimi Tural Rəhimov Qubadlı rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub.

0