Yerevan təkzib etdi - Yeni kapitulyasiya imzalanmayacaq

ÖLKƏ
15:32 / 08.01.2021
1608

Ermənistan Azərbaycanla yeni dövlətlərarası razılaşmaya hazırlıq haqqında iddiaları təkzib edib.

HİT.Az xəbər verir ki, bu məlumatı Ermənistan Ədliyyə naziri Rüstəm Badasyan yayıb.

“Ədliyyə Nazirliyi hansısa razılaşma əldə etməyib. KİV-in yaydığı məlumat həqiqəti əks etdirmir”, – deyə o bildirib. (Axar.az)

Qeyd edək ki, bundan öncə erməni mətbuatı Paşinyanın Moskvada daha bir kapitulyasiya imzalayacağı haqda məlumat yayıb. Bir qrup erməni müxalifət buna görə Ədliyyə Nazirliyinin önünə gəlib və cavab almaq istəyib.

0