Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün “güllələnmiş heykəllər”i Şuşaya qaytarıldı - FOTOLAR

12:46 / 15.01.2021
971

Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün gülləbaran etdiyi heykəlləri Şuşaya qaytarılıb.

HİT.Az-ın məlumatına görə, “Güllələnmiş heykəllər” Azərbaycan Prezidenti İlham Əliyevin səfəri zamanı Şuşaya aparılıb.

Heykəllər Şuşa şəhərində qoyulub. Dövlət başçısı heykəllərin açılışını edib.

Qeyd edək ki, heykəllər işğaldan sonra Bakıya gətirilmişdi.

0