ETSN-ə yeni Aparat rəhbəri təyin edilib

ÖLKƏ
20:06 / 04.02.2021
684

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib.

“Report"un əldə etdiyi məlumata görə, bu vəzifəyə Rəşad Allahverdiyev təyin olunub.

R.Allahverdiyev 2005-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində beynəlxalq əməkdaşlıq şöbəsində, katiblikdə və kollegiya katibi kimi müxtəlif vəzifələrdə çalışıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova "Report"a məlumatı təsdiqləyib.

0