MQF İctimai Nəzarətin Koordinasiya Şurası İdarə Heyətinin ilk toplantısı keçirildi

ÖLKƏ
11:09 / 20.04.2021
626

MQF İctimai Nəzarətin Koordinasiya Şurası İdarə Heyətinin 14 aprel 2021-ci il tarixində ilk toplantısı keçirilib.

HİT.Az xəbər verir ki, toplantı gündəliyinin məsələləri təşkilati məsələlər, Əsasnamənin müzakirəsi və cari məsələlər olub. İdarə Heyəti üzvlərinin səsverməsinə əsasən, Rauf Zeyni İdarə Heyətinin sədri seçilib.

Əsasnaməyə əlavələrin edilməsi ilə bağlı təkliflər irəli sürülüb. MQF İctimati Nəzarətin Koordinasiya Şurasının adının dəyişdirilməsi məsələsi müzakirə edilib. Dövlət qurumlarının, KİV-in və QHT-lərin iştirakı ilə MQF İctimai Nəzarətin Koordinasiya Şurasının ilk onlayn konfransının keçirilməsi təklif edilib. Növbəti iclas tarixinin 19 aprel 2021-ci il tarixi olması qərarı verilib.

19 aprel 2021-ci il tarixində keçirilən İdarə Heyətinin növbəti toplantısının gündəliyini MQF İctimai Nəzarətin Koordinasiya Şurasının adının və Əsasnaməsinin təsdiqi, “İctimai nəzarətin təmin olunması və qarşıda duran vəzifələr” mövzusunda onlayn konfransın keçirilməsi və digər cari məsələlər təşkil edib.

İdarə Heyətinin qərarı ilə “MQF İctimai Nəzarət Mərkəzi” adı səsverməyə qoyuldu və yekdilliklə qəbul edildi. MQF İctimai Nəzarət Mərkəzinin Əsasnaməsi təklif olunan dəyişiklik və əlavələrlə təsdiq edilib. 

MQF İctimai Nəzarət Mərkəzinin “İctimai nəzarətin təmin olunması və qarşıda duran vəzifələr” mövzusunda onlayn konfransı 22 aprel 2021-ci il tarixində keçirilməsi təklif olunub və qəbul edilib.

0