“Muhtemel Aşk”a maraq necədir?

MƏDƏNİYYƏT
10:07 / 22.06.2026
193

Ötən həftə Türkiyədə daha bir serial yayımlanmağa başlayıb.

Hit.az xəbər verir ki, “Muhtemel Aşk” adlı serialın birinci bölümü “Show TV”-də nümayiş olunub.

Sözügedən ekran işinin ilk bölümü yüksək reytinqlər toplaya bilməyib. Layihə “Total” kateqoriyasında 2,88 balla 6-cı olub. “AB”-də 2,38 balla 7-ci, “ABC1”-də isə 2,99 balla 5-ci sırada qərarlaşıb. “Muhtemel Aşk”ın başqa serialın yayımlanmadığı gündə belə aşağı reytinq toplaması diqqət çəkib.

Qeyd edək ki, serialın baş rollarında Ayça Ayşin Turan, Ekin Koç və Feyyaz Şerifoğlu çəkilir.

Aslan

0