"Volkswagen Bakı Mərkəzi" icra başçısının əlindən alındı - TƏFƏRRÜAT

ÖLKƏ
13:45 / 08.05.2021
4640

“Euro Style LTD” MMC-nin nəzdində olan "Volkswagen Bakı Mərkəzi" fəaliyyətini dayandırıb.

HİT.Az-ın Unikal.org-a istinadən verdiyi məlumata görə, buna səbəb Almaniyanın "Volkswagen" şirkətinin istehsal etdiyi avtomobilləri İran İslam Respublikasına satması olub.

Qeyd edək ki, Volkswagen Bakı Mərkəzi Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə məxsusdur. Adıçəkilən şirkəti icra başçısının oğlu Ənvər Vəliyev idarə edirdi.

Xatırladaq ki, bir müddət öncə Volkswagen Bakı Mərkəzi təmsil etdiyi şirkəti beynəlxalq məhkəməyə vermişdi.

2