Kəmaləddin Heydərov onu alay komandiri təyin etdi

ÖLKƏ
17:33 / 22.06.2026
80

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi baş tutub.

HİT.az Manset.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq Əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin komandiri polkovnik-leytenant Seyidəhməd Nurayev tutduğu vəzifədən azad edilib.

Digər Əmrlə Seyidəhməd Nurayev Bakı alayının komandiri təyin olunub.

Qeyd edək ki, S.Nurayev bundan əvvəl də Bakı alayında xidmət edib.
 

0