Əməkdar müəllim vəfat etdi

ÖLKƏ
16:16 / 22.06.2026
47

Azərbaycan Texniki Universitetinin (AzTU) kafedra müdiri Ələkbər Hüseynov vəfat edib.

HİT.Az-ın məlumatına görə, o, uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

O, universitetin Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının müdiri vəzifəsində çalışıb və texnika elmləri doktoru, professor olub.

Belə ki, Ələkbər Hüseynov Prezidentinin Sərəncamı ilə 2020-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

0