İcra başçısı şöbə müdirini özünə müavin təyin etdi

ÖLKƏ
20:30 / 08.05.2021
38648

Neftçala Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

"Report"un Muğan bürosunun məlumatına görə, İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə yeni müdir təyin edilib.

Bu vəzifəyə Burcalı Əlican oğlu Ağayev təyin olunub.

Qeyd edək ki, Burcalı Ağayev 1979-cu ildə Neftçala şəhərində anadan olub. O, bundan əvvəl İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

2005-2012-ci illərdə rayonun Kürkənd kənd inzibati ərazi nümayəndəliyində müxtəlif vəzifələrdə çalışıb.

1