Qubada avtomobil qayadan aşdı, sürücü öldü - FOTO

ÖLKƏ
22:15 / 25.06.2021
778

Quba rayonunda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Qaraçay kəndində qeydə alınıb.

Belə ki, Şabran rayon sakini, 1978-ci il təvəllüdlü Qalib Əzməmməd oğlu Əsgərovun sükanı arxasında olduğu “NİVA” markalı avtomobil idarəetmədən çıxaraq qayadan Qaraçay çayının yatağına aşıb. Nəticədə sürücü hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

0