Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı - FOTO

ÖLKƏ
18:03 / 13.10.2021
661

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 394 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hit.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 475, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 919 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 073 493, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 916 894, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 156 599 təşkil edir.

 

0