ASCO-nun Texniki direktoru vəzifəsindən ayrıldı

İQTİSADİYYAT
14:00 / 27.07.2026
46

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Texniki direktoru Rəşad Göyüşov öz ərizəsinə əsasən vəzifəsindən ayrılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq ASCO-dan bildirilib.

Məlumata əsasən, bununla bağlı səhmdar cəmiyyətin İdarə Heyətinin sədri müvafiq əmr imzalayıb.

Qeyd edilib ki, Rəşad Göyüşovun ərizəsi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

0