Bakıda vəziyyəti ağır olan koronaviruslu xəstələr... (VİDEO)

13:07 / 02.05.2020
2273

Bakıda koronavirusa yoluxmuş və hazırda vəziyyəti ağır olan xəstələrin müalicə olunduğu tibb müəssisəsindən reportaj hazırlanıb.

İctimai televiziyayanın verdiyi xəbərə görə, həmin xəstəxananın reanimasiya şöbəsində 5 xəstə var. Çəkiliş zamanı 61 yaşlı xəstənin vəziyyəti ağırlaşdığı üçün o da reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxananın həkimi bildirib ki, insanlar belə ağır vəziyyətə düşməmək üçün sosial izolyasiya tədbirlərinə əməl etməlidirlər:

"Təəssüf ki, bəzi insanlar belə bir xəstəliyin olduğuna inanmırlar. Evdə oturmaq çətin deyil, amma burada reanimasiyada olmaq, xəstə olmaq, boğulmaq çox çətindir".

Xəstələrdən biri, Gəncə sakini Mirhüseyn Məmmədov koronavirusa yoluxduqdan sonra ilkin əlamətləri necə hiss etdiyini deyib: "İki gün yeriyəndə halsız olurdum. Sonra temperaturum 37,2-37,3 dərəcə olub. Fikirləşdim yəqin keçib gedər".

9
Mənbə: "Qafqazinfo"