Bakıda 20 ton un aparan TIR yandı

09:51 / 30.05.2022
1730

Bakı şəhərinin Qaradağ rayonunda “Renault” markalı yük avtomobilinin kabinəsi və ön təkərləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtomobilin qalan hissəsi və yük yerinə yığılan 20 ton un yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0