Sabah 42 dərəcə isti olacaq

ÖLKƏ
12:27 / 15.08.2022
701

Avqustun 16-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən HİT.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında günəşli hava olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 40° isti, Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-60 %, gündüz 30-35% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 14-19° isti, gündüz 26-31° isti olacaq.

0