"Əsl müəllim onun nəticələrindən, tələbələrinin uğurundan bəllidir. Əsl müəllim olmaq üçün ilk bu peşəyə aşiq olmalısan".
Bunu Hit.Az-a müsahibəsində "Miracle Academy" Tədris Mərkəzinin İngilis Dili müəllimi Mirvari Rüstəmova deyib.
Həmsöhbətim əsl, peşəkar müəllim olmağın asan olmadığını etiraf edir.
- Mirvari xanım, bu peşəni niyə seçmisiniz?
- Əslində əsl sənətim tərcüməçidir, bu ikinci təhsilimdi. Mən dərs müddətində hər şeyi unuduram, peşəmi çox sevirəm.
- Müəllim olmaq asan deyil, düzdür?!
- Əsl, peşəkar müəllim olmaq asan deyil.
- Əsl müəllim olmaq nə deməkdir və ya əsl müəllim olmaq üçün nələr etmək lazımdır?
- Əsl müəllim onun nəticələrindən, tələbələrinin uğurundan bəllidir. Əsl müəllim olmaq üçün ilk bu peşəyə aşiq olmalısan.
- Şagirdlərinizlə söhbət zamanı daha çox nələrə diqqət edirsiniz?
- Şagirdlərimlə yaxın olmağa çalışıram ki, onlar hər problemlərini mənimlə bölüşsünlər, çəkinməsinlər.
- Uzun illərdir təcrübəsi olan müəllim kimi həmkarlarınıza nə demək istəyərsiniz?
- Nəticə əldə etmək üçün nə qədər səbirsiz davransaq da, həmkarlarıma səbirli olmağı məsləhət görürəm.
- Nə vaxtsa sahənizi dəyişmək istəmisinizmi?
- Başqa sahədə özümü təsəvvür belə edə bilmirəm.
- Mirvari xanım hazırda istədiyi yerdədirmi?
- Bundan da yüksəklərdə olmalıyam, deyə düşünürəm.
- Tədris planında nəyə daha çox üstünlük verirsiniz? Nəzəriyyə, yoxsa praktikaya?
- İngilis dilində həm nəzəri, həm də praktiki önəmlidir.
- Tələbələrinizin dərsə olan həvəsini artırmaq üçün nə edirsiniz?
- Onlara gələcəkdəki həyatlarının nə qədər dəyişəcəyini daha yüksəklikdə olacaqlarını təsəvvür etmələrini deyirem, bu da onlara stimul verir.
- Gələcəyə olan planlarınız haqqında danışa bilərsinizmi?
- Gələcəkdə sahəmdə ən birinci olmağı nəticələrimin Azərbaycanın dörd bir yanına yayılmağını arzu edirem ki, bu da qarşımdakı məqsədimdir.
- Şagirdlərinizə verə biləcəyiniz məsləhət, deyəcəyiniz bir sözünüz var?
- Bəzən səbirsiz, hirsli-acılayıcı ola bilirəm bu da onlar üçün nə qədər həyəcan keçirtdiyim üçündür. Əziyyətimi və əziyyətlərini yerdə qoymamalarını tövsiyə edirəm.
Xəyal Abdullayev