Restoran yolu kəsmişdi - BNA müdaxilə etdi  (FOTO)

ÖLKƏ
13:31 / 27.05.2020
1163

Sosial şəbəkələrdə Əziz Əliyev küçəsindəki restoranların birinin qarşısında yolun hərəkət hissəsində masanın qoyulmasını əks etdirən fotolar nəzarətə götürülüb.

HİT.Az-ın xəbərinə görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Facebook" hesabında yazıb. O bildirib ki, BNA-nın ərazidə xidmət aparan əməkdaşlarının müdaxiləsi ilə masa yolun hərəkət hissəsindən götürülüb.

 Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə sözügedən küçədə restoranlardan birinin masanı yolun hərəkət hissəsinə qoymasıyla bağlı foto paylaşılmışdı.

1