Qrip, yoxsa \"Eris\" variantı? - \"4-5 ay insan orqanizmində qala bilir\"

18:40 / 18.09.2023
484

Son aylar ölkələrdə koronavirusun  yeni variantı olan "Eris" yayılıb. Artıq bir çox ölkələrdə bununla bağlı olaraq maska rejiminə də keçilib.

Ölkəmizdə də bu virusun yayılması ilə bağlı iddialar var. Son zamanlar sosial şəbəkələrdə bir çox istifadəçi qripbənzər əlamətlər daşıyan xəstəliyə tutulduğunu, lakin bunun daha ağır keçdiyini yazır.

Bəs yayılan yeni xəstəlik qrip, yoxsa "Eris" variantıdır?

Hit.az-a açıqlama verən tibb üzrə ekspert Rasif Bağırov deyib ki, 

"Bir neçə ay qabaq Səhiyyə Nazirliyi rotavirusun yayılması barədə məlumat vermişdi. Rotavirusda da koronavirusdakı kimi iybilmə dadbilmə qabiliyyətləri itir. Amma "Eris" variantının əlamətləri başqadır. Qripəbənzər əlamətləri ola bilər, amma bu xəstəlik daha ağır keçir. Bəzən  bu xəstəlik 4-5 ay insan orqanizmində qala, daha sonra yenidən inkilafa keçə bilir. Xəstə özünü sağlam hesab edir. Həkimlər biraz yoxladıqdan sonra aydın olur ki, xəstəlik onun bədənindədir. Bir neçə ay sonra fəsadlar meydana çıxır, dəqiq analiz toplandıqdan sonra məlum olur ki, xəstə 3 ay bundan qabaqkı yoluxmanın fəsadını yaşayır. Belə xəstələr bizə çox gəlir. Bizdə bunun tədqiqi aparılmır. Xaricdə isə bunu aşkar edirlər. Bizdə də tədqiqat aparılsa, "Eris" tapıla bilər".

Aynur Əli

0