Kamran Əsədov: “Ölkənin əksər məktəbində təlim emalatxanaları yoxdur”

ÖLKƏ
19:00 / 07.12.2023
349

"Əvvəllər məktəblərimizdə təlim emalatxanaları, fənn kabinələri, əmək vərdişlərini aşılayan dərnəklər, hətta təmir-istehsalat birlikləri fəaliyyət göstərərdi”. 

Bu sözləri Hit.az-a şərhində təhsil eksperti Kamran Əsədov deyib. 

Onun dediyinə görə, şagirdlər təlim emalatxanalarında  əmək vərdişlərinə yiyələnər, paltar tikməyi, yeməklər hazırlamağı, bağ salmağı, ağac, gül əkməyi, meyvə yetişdirməyi öyrənərdi.

Həmçinin, ev heyvanlarına qulluq etməyi, şüşə salmağı, döşəmə vurmağı, hətta kənd təsərrüfatı maşınlarını idarə etməyi belə öyrənərdilər: 

“İndi bunların əksəriyyəti yoxdur. Məktəb əmək vərdişləri aşılamaq funksiyasını yalnız sözlə yerinə yetirir. Etiraf etmək lazımdır ki, bu gün orta məktəblərimizdə şagirdlərə əmək vərdişlərinin aşılanması, praktiki olaraq əməyin insan həyatında, cəmiyyətin inkişafında oynadığı rolun təbliğ edilməsi yarıtmaz vəziyyətdədir. Ölkənin əksər məktəbində təlim emalatxanaları yoxdur, şagirdlərə əmək vərdişləri yalnız nəzəriyyə şəklində aşılanır".

Sevinc

0