Vüsal Aslanov yeni rəis müavini təyin etdi - FOTO

İQTİSADİYYAT
18:30 / 12.09.2026
38

“Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Rəşad Əliyev QSC-nin Maliyyə departamentinin rəis müavini təyin edilib.

O, bu təyinatadək Baş mühasibin müavini vəzifəsində çalışıb. R.Əliyev 2019-cu ildən “Bakı Metropoliteni”nin komandasında işləyir.

409601

0