Bakıda iş adamlarının maşınlarını soyan “ayıq sürücü” həbs edildi

ÖLKƏ
21:37 / 13.02.2024
204

Bakıda iş adamlarının avtomobillərindən oğurluq edən “ayıq sürücü” həbs edilib.

HİT.az “qaynarinfo”ya istinadən xəbər verir ki, Elnur İbrahimxəlilov (soyad şərti) Nərimanov rayonunda “Toyota Land Cruiser Prado” markalı, 99-KS-933 dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının kilidli olmamasından istifadə edərək, 7 763 manatı oğurlayıb.

Oğurluq edilən avtomobil Nərimanov rayonu ərazisində yerləşən kiosklardan birinin sahibinindir.

Elnur oğurladığı pulu xərcləyib qurtardıqdan sonra yenidən soyğunçuluq etmək qərarına gəlib. Təqsirləndirilən şəxs yenə Nərimanov rayonunda daha bir iş adamına məxsus BMW markalı avtomobilin qapılarının kilidli olmamasından istifadə edərək, oradan 1 105 ABŞ dolları və 105 manat oğurlayıb.

Məhkəmənin qərarı ilə 1989-cu il təvəllüdlü, Bakı sakini Elnur İbrahimxəlilov Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona iki il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

0