Həkimlər Xalq artistinin gözünə infeksiya salıb, 3 dəfə əməliyyat ediblər

ÖLKƏ
22:55 / 13.02.2024
190

"Bir-birinin ardınca 4 dəfə əməliyyat keçirmişəm. Ölümdən dönmüşəm".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Ağacəbrayıl Abasəliyev səhhətində yaranan problemdən danışarkən deyib. 

Sənətçi 3 dəfə göz əməliyyatı, bir dəfə isə açıq ürək əməliyyatı keçirdiyini bildirib:

"Damarlar tutulmuşdu, həkimlər yaşamaq şansımın az olduğunu bildirdilər. Buna görə açıq ürək əməliyyatı keçirdim. Bu yaxınlarda isə göz əməliyyatına girdim. İki ayın içində 3 dəfə gözüm əməliyyat olunub. Həkmlər gözümə infeksiya salmışdı. Onu təmizləmək üçün ikinci əməliyyatın olması şərt idi. Sonra isə üçüncü əməliyyat edib, linzanı yenidən dəyişdilər".

Ağacəbrayıl Abasəliyev bir ildir ki, səhnəyə çıxmadığını da əlavə edib.

0