Əhməd Əhmədovun günahı sübuta yetirilsə, hansı cəza verilə bilər? - Hüquqşünas

ÖLKƏ
17:35 / 14.02.2024
227

Ötən gün Bakının Xətai rayonunda atasını, anasını, azyaşlı qardaşını, bacısını və bacısının azyaşlı övladını xüsusi amansızlıqla öldürməsinə dair şübhələr olan 25 yaşlı Əhməd Əhmədov həbs olunub. Əhmədin ruhi xəstə olduğu deyilir. 

Bəs 5 nəfərin ölümündə şübhəli bilinən və ruhi xəstə olduğu iddia edilən şəxsin günahı sübuta yetirilərsə, ona hansı cəza verilə bilər?

Hit.az-ın sualını cavablandıran hüquqşünas Rasim Hüseynov bildirib ki, istintaq hərəkətləri davam edir və Əhməd hələlik şübhəli hesab olunur.

"Əhməd Əhmədovun əməlində 2 və daha artıq insanı öldürmə, xüsusi amansızlıq cinayət tərkibi olduğu ehtimal edilir. Onun həqiqətən anlaqlı və ya anlaqsız olması sübuta yetirilməlidir. Əgər şəxs hadisəni törədən zaman anlaqsız olubsa, onda tibbi xarakterli məcburi göstərişlər tərtib edilə bilər. O psixiatrik xəstəxanada məcburi müalicə alacaq. İstintaq zamanı çox nüanslar ortya çıxacaq. Qətlin motivi, onu buna məcbur edən səbəblər araşdırılımalıdır. Amma hər bir halda ortalıqda dəhşətli bir qətl hadisəsi var və buna uyğun qərar veriləcəyinə inanıram”, deyə hüquqşünas bildirib.

Murad

0