Ramiz Əzizbəylinin kürəkəni həbs olundu

ÖLKƏ
10:34 / 21.10.2026
115

Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib.

HİT.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Nəsimi Rayon Məhkəməsində qərar qəbul edilib.

Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.


 

0