Əksəriyyət həkimlərin əl yazısı ilə tanışdır. Adətən, çoxları yazılan reseptləri oxumaqda çətinlik çəkir.
Sanki həkimlərin ayrıca əlifbası var və bunu yalnız özləri, eyni zamanda, əczaçılar başa düşür.
Hətta bəzən əczaçılar belə reseptləri oxuya bilmir. Bu baxımdan, həkimlərin əl yazısı ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Maraqlıdır, həkimlərin səliqəsiz, yaxud anlaşılmayan yazılarının səbəbi nədir?
Tibb üzrə ekspert Adil Qeybulla Hit.az-a deyib ki, çap yazısında belə tibbi terminlərdən istifadə olunduğuna görə insanlar onu oxumaqda çətinlik çəkir. Həkimlərin əl yazısı da problemdir:
'İndi yeni dərmanlar dövrəyə girir. Görürsünüz, Azərbaycanda eyni tərkibdə, müxtəlif adda çoxsaylı dərmanlar var. Həkimlər səliqəli və diqqətli yazmağa fikir verməlidir. Səhiyyə Nazirliyinin tərtib etdiyi konkret reseptlər var və burada dərmanların adı dəqiq yazılmalıdır. Reseptləri daha çox həkimlər və aptek işçiləri oxuya bilir. Xəstə üçün isə həmin dərmanlardan hansı miqdarda , necə qəbul edəcəyi önəmlidir. Elektron resept sistemi tətbiq edildikdən sonra bu kimi problemlər yox olacaq".
Sevinc