Xocalı Soyqırımı Memorial Kompleksi bu nazirliyin tabeliyinə verildi

ÖLKƏ
19:40 / 02.10.2026
54

Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilib.

HİT.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, siyahıya Xocalı şəhərində yerləşən "Xocalı Soyqırımı Memorial Kompleksi" daxil edilib.

0