Nazir 20 ilin prorektorunu işdən çıxardı - Yerinə professoru təyin etdi

ÖLKƏ
15:36 / 02.10.2026
55

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda prorektor dəyişikliyi olub.

HİT.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmrlər imzalayıb. 

Əmrə əsasən, institutun elmi işlər üzrə prorektoru, dosent Məmmədəli Meybəliyev vəzifəsindən azad olunub. O, 2006-cı ildən həmin vəzifədə çalışırdı.

Nazirin digər əmri ilə əczaçılıq elmləri doktoru, professor Cəmilə Yusifova Həkimləri Təkmilləşdirmə İnstitutunun elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib. 

Xatırladaq ki, Cəmilə Yusif qızı Yusifova son təyinata qədər Azərbaycan Tibb Universitetinin Əczaçılıq kimyası kafedrasının professoru vəzifəsində işləyib.

Qeyd edək ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Səhiyyə Nazirliyinin tabeliyindədir. 

0