Azərbaycanda 100 minə Qurani-Kərim kitabı satılır - FOTOLAR

ÖLKƏ
13:50 / 02.03.2024
382

Azərbaycanda Qurani-Kərim-in əlyazma kitabları satışa çıxarılıb.

Lent.az xəbər verir ki, bu barədə elan saytlarının birində məlumat paylaşılıb. Məlumata əsasən, müqəddəs kitablar 1293-cü ildə Təbriz şəhərində dövrün məşhur xəttatı tərəfindən yazılıb. Kitablar Azərbaycan İncəsənət Muzeyinin ekspert rəyini alıb.

Əlyazmaların cildləri ceyran dərisindəndir. Kitablarda qədimi möhür və tarixləri sürmə ilə əks olunub.

Kitablar 100 min manata təklif olunur. Lakin bunun son qiymət olmadığı qeyd edilib.

Əlyazma Qurani-Kərim kitabları hazırda Bakı şəhərindədir.

0