Diyetoloq ən faydalı fastfud növlərini açıqladı: Şaurma da siyahıdadır

SAĞLAMLIQ
21:55 / 13.11.2026
42

Fastfud hər zaman zərərli qida demək deyil. Tərkibində kifayət qədər zülal və tərəvəz olan bəzi yeməklər yolda olarkən sağlam qəlyanaltı və ya balanslı qida seçiminə çevrilə bilər.

HİT.az xəbər verir ki, bu barədə diyetoloq və nutrisioloq İrina Pisareva “Moskva 24” nəşrinə açıqlamasında danışıb.

Mütəxəssisin sözlərinə görə, fastfud seçərkən əsas diqqət yeməyin adına deyil, onun tərkibinə yetirilməlidir. Məsələn, toyuq, hinduşka və ya balıq əti, eləcə də bol tərəvəzlə hazırlanan roll və sendviçlər münasib seçim hesab olunur. Yağlı souslar əvəzinə isə qatıq əsasında hazırlanmış yüngül souslara üstünlük vermək tövsiyə edilir.

Diyetoloq şaurmanın da düzgün hazırlandığı halda balanslı yemək ola biləcəyini bildirib. Bunun üçün onun tərkibində təzə tərəvəzlər və yağsız ət, xüsusilə toyuq əti kifayət qədər olmalı, sousun miqdarı isə çox olmamalıdır.

Hətta burgeri də daha yüngül seçimə çevirmək mümkündür. Bunun üçün tərəvəzli ət kotletinə üstünlük vermək, yağlı sousları azaltmaq və ya çörək hissəsindən imtina etmək olar.

Pisareva mədə-bağırsaq sistemində narahatlıq yaranmaması üçün həddindən artıq yağlı və acı yeməklərdən uzaq durmağı məsləhət görüb. O, həmçinin istifadə olunan məhsulların təzəliyinə və yeməyin hansı şəraitdə hazırlanmasına diqqət yetirməyin vacibliyini vurğulayıb.

Beləliklə, fastfud seçərkən tərəvəz və zülalla zəngin, yağlı souslardan az istifadə edilən yeməklərə üstünlük vermək daha məqsədəuyğundur.

Samir
 

0