ABŞ-da doğuş turizminə görə 6 mindən çox viza ləğv edilib

DÜNYA
22:53 / 13.11.2026
36

ABŞ Dövlət Departamenti ölkədə doğuş məqsədilə səfərlərin təşkilində iştirak edən və ya bu fəaliyyətə yardım göstərən əcnəbilərin 6 mindən çox vizasını ləğv edib.

HİT.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti “X” sosial şəbəkəsində məlumat yayıb.

Qurumun açıqlamasında bildirilib ki, doğuş turizminin qarşısının alınması üzrə xüsusi işçi qrupu indiyədək bu praktika ilə məşğul olan və ya onun həyata keçirilməsinə kömək edən şəxslərin 6 mindən çox vizasını etibarsız sayıb.

Dövlət Departamenti qanunsuz fəaliyyətə aidiyyəti olan şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlərin davam etdirildiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın ikinci prezidentlik müddətində əcnəbilərə verilmiş 300 mindən çox vizanın ləğv edildiyi açıqlanıb. Bu barədə daha əvvəl Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqott məlumat vermişdi.

Bundan başqa, avqustun sonunda “Financial Times” nəşri ABŞ hakimiyyətinin konsulluq əməkdaşlarının dövlət yardımına ehtiyac duya biləcək namizədləri müəyyənləşdirmək üçün hazırlanması məqsədilə dünya üzrə immiqrasiya vizası müraciətlərinə baxılmasını müvəqqəti dayandırdığını yazmışdı.

Samir

0