Nəsrin Cavadzadə sevgilisini ailəsi ilə tanış etdi 

ÖLKƏ
23:58 / 03.04.2024
168

Oynadığı rollar, dəbli geyim tərzi və fit bədəni ilə maqazin xəbərlərinin mövzusu olan azərbaycanlı aktrisa Nəsrin Cavdzadə bu dəfə də yeni sevgilisi ilə gündəmə gəlib.

Ölkə.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisa ötən aylarda yeni sevgilisi ilə görüntülənmişdi.

Bu dəfə isə Bebekdə maqazin jurnalistlərinin obyektivinə yaxalanan aktrisa sevgilisini ailəsi ilə tanış etdiyini açıqlayıb.

O, sevgilisi ilə münasibətlərinin yaxşı getdiyini söyləyib. 

N.Cavadzadə jurnalistlərin "ananızla tanış etmisinizmi, ananız onu bəyəndimi" suallarına  "Bəli, tanış olublar. Heç bəyənməz olarmı?!" cavabını verib.

0