Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 45 ton kərə yağı istehsal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% azdır.
Qeyd edək ki, eyni dövrdə bitki yağlarının istehsalı isə 31,8% artaraq 38 min 76,1 tona çatıb.
Meyvə və tərəvəz şirələrinin istehsalı 5,2% azalaraq 3 milyon 15,8 min dekalitrə, meyvə-tərəvəz konservlərinin istehsalı 3,7% azalaraq 124 min 202,2 tona düşüb.
Bunlardan başqa pendir və kəsmik istehsalı 3,5% azalaraq 38 min 478,6 ton, marqarin istehsalı 8,5% azalaraq 32 min 859 ton, qida duzunun istehsalı isə 16,9% azalaraq 50,8 min ton olub.
Hesabat dövründə çay istehsalı 5,2% azalaraq 8 min 378,5 tona, qaymaq və xama istehsalı 0,5% azalaraq 7 min 576,7 tona düşüb.
Eyni zamanda makaron məmulatlarının istehsalı 0,7% artaraq 12 min 260,4 ton, unlu qənnadı məmulatlarının istehsalı 3,5% artaraq 56 min 49 ton, şəkərli qənnadı məmulatlarının istehsalı isə 4,5% artaraq 7 min 83,3 ton təşkil edib. Şəkər və qənd istehsalı 24,1% artaraq 361,3 min ton, kolbasa məmulatlarının istehsalı isə 9,1% artaraq 25 min 216,5 ton olub.


