Şəhid anası vəfat etdi

ÖLKƏ
10:22 / 09.04.2024
352

Vətən müharibəsi şəhidi gizir Faiq Vəlizadənin anası dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, şəhidin anası Göyçək Hacıağayeva Zərdab rayonunda xəstəlik səbəbindən vəfat edib.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü Faiq Vəlizadə 2020-ci ilin oktyabrın 17-si Suqovuşan istiqamətindəki döyüşdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

0