Qəzaya düşən deputat Təbriz Zeynalovun vəziyyəti açıqlandı

HADİSƏ
13:51 / 14.11.2026
44

Gecə saatlarında Naxçıvan-Ordubad magistralında baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasından APA-ya məlumat verilib.

Bildirilib ki, qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədov Reanimasiya şöbəsinə yerləşdirilib. Naxçıvan MR Ali Məclisinin 1990-cı il təvəllüdlü deputatı Təbriz Eyvaz oğlu Zeynalovun müalicəsi isə Neyrocərrahiyə şöbəsində aparılır. Xəsarət alan hər iki şəxsin vəziyyətinin stabil, orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, “Hyundai” markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynəliyev vəfat edib. Qəzaya düşənlərin hər üçü qazidir. Faktla bağlı araşdırma aparılır.

0