Qubadlıda qazıntı zamanı mərmilər aşkarlandı

ÖLKƏ
16:07 / 21.04.2024
121

Qubadlıda top mərmiləri aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan HİT.az-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinə rayonun Yazı düzü ərazisində qazıntı işləri aparılan zaman mərmilərin aşkar edilməsi ilə bağlı məlumat daxil olub. 

Həmin əraziyə baxış keçirilən zaman müxtəlif kalibrli 6 ədəd top mərmisi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.

0