Astrologiya və numerologiyaya görə, may, avqust, oktyabr və noyabr aylarında doğulan insanlar ətrafındakıların xüsusi diqqət və qayğısını daha çox qazanırlar. Bunun səbəbi onların yaxınlarına sevgi göstərməsi, başqalarının ehtiyaclarına həssas yanaşması və münasibətlərdə səmimiliyə önəm verməsi ilə əlaqələndirilir.
HİT.az xəbər verir ki, bu barədə “Parade” jurnalında dərc olunan məqalədə qeyd edilib.
May ayında doğulanlar səmimi və təmənnasız sevgiləri ilə seçilirlər. Onlar yaxınlarının istək və ehtiyaclarını nəzərə alır, çətin anlarda kömək etməyə çalışırlar. Belə insanları sevindirmək üçün bahalı hədiyyələrə ehtiyac yoxdur. Onların zövqünü nəzərə almaq və birlikdə xoş vaxt keçirmək kifayətdir.
Avqustda doğulanlar başqalarına qayğı göstərməyi bacarsalar da, özlərinin də diqqət və təqdirə ehtiyacı var. Onlar mühüm tarixləri unutmur, tədbirlərin təşkilində fəallıq göstərir və yaxınlarının rahatlığı üçün çalışırlar. Bu səbəbdən onlara təşəkkür etmək, uğurlarını qiymətləndirmək və gündəlik işlərində dəstək olmaq xüsusi əhəmiyyət daşıyır.
Oktyabrda doğulanlar insanları bir araya gətirmək və ətraflarında mehriban mühit yaratmaq bacarığı ilə fərqlənirlər. Onlar başqalarının hisslərinə həssas yanaşır, bəzən öz maraqlarını belə ikinci plana keçirirlər. Belə insanlara qarşı diqqət göstərməyin yollarından biri görüşlərin və istirahətin təşkilini öz üzərinə götürərək onların da dincəlməsinə şərait yaratmaqdır.
Noyabrda doğulanlar isə hisslərini dərindən yaşayan, münasibətlərdə səmimiliyə və etibara böyük önəm verən insanlar kimi təsvir olunur. Onlar yaxınlarına bağlandıqda münasibətləri qorumaq üçün əllərindən gələni edirlər. Qarşılığında verilən sözlərin tutulmasını, diqqətin yalnız sözlərlə deyil, davranışlarla da göstərilməsini gözləyirlər.
Qeyd edək ki, astrologiya və numerologiyanın insan xarakterini doğum ayına əsasən müəyyənləşdirməsi elmi cəhətdən təsdiqlənməyib. Buna görə də bu yanaşmalar daha çox əyləncə xarakterli şərhlər kimi qəbul edilməlidir.
Samir


