“Qanpulu” kimə çatır, şəhidin anasına yoxsa arvadına?

ÖLKƏ
20:18 / 22.04.2024
231

Redaksiyamıza şikayət daxil olub.

Ağdaş rayon Ləki qəsəbəsindən Zibeydə Salamova yazıb ki, şəhid oğlunun xanımı öz atası evinə gedib. Oğlunun övladı olmayıb. Amma oğlunun iş yerindən ailəyə verilməli olan “qan pulu” üçün  şəhid ailəsi olaraq, o varis hesab edilir. Bu nə dərəcədə doğrudur?

Hit.az-ın sualını cavablandıran hüquqşünas Şamil  Nağıyev bildirib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Şəhidin həyat yoldaşı, valideynləri və övladları onun varisləri hesab olunurlar. Təəssüf ki, ölkəmizdə şəhidin ana-atası və xanımı arasında irs davasına tez-tez rast gəlirik.

Şəhidin əvvəllər işlədiyi idarə istisna hal tətbiq eləməsə, pul onun bütün ailə üzvlərinə çatır. Şəhidin xanımı əri öldükdən sonra istədiyi yerdə yaşamaqda sərbəstdir. O əri ölənə qədər boşanmadığı üçün hüquqi varis  hesab olunur. Şəhidin ata-anasına onun əmlakından irs çatır. Lakin xanımı varsa dövlətin verdiyi puldan ona irs çatmır”,- deyə hüquqşünas bildirib.

Murad

0