"Dövlətə vergi borcu var, kommunalları ödəmir, Həccə gedir"

ÖLKƏ
20:25 / 20.06.2024
353

“İslam dininə görə sağlam adamlar getməlidir Həccə. Amma indi kimin pulu varsa, o gedir. Nəzərə almırlar”.

Bu sözləri Hit.az-a ilahiyyatçı Tural İrfan deyib.

O bildirib ki,  şəriət bu qadağaları qoyub, amma əməl edən yoxdur: 

“Dini, şəriəti bilən, bütün başqa ibadətləri yerinə yetirmiş olan, qohum qonşusunda ac kasıb qalmamış adam, borcu olmayan şəxslər gedə bilər. Adam var ki, dövlətə vergi borcu var, kommunalları ödəmir , Həccə gedir. Haqsızlıq etdiyi adamlardan halallıq almamış Həccə gedir. Bunu Səudiyyə Ərəbistanı Həcc nazirliyi tələb etməlidir , onlar etmir.

Ona görə ki, bunu alverə, biznesə çeviriblər. Onlara lazımdır ki, çox adam gəlsin. Buna rəğmən heç olmasa müsəlman ölkələrinin özləri tənzimləmə aparmalıdır. Bəziləri şaiə yayır ki, guya orada ölən Cənnətə gedir və sair. Elə bir şey yoxdur. Hamı hesaba çəkiləcək, günahına cavab verəcək. Ölkəmizdə də gərək bu tətbiq olunsun. Hər yetən, hər pulu olub sağlığı, imanı olmayan gedə bilməsin”.

Sevinc

0